Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub.
Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Əzizov Zülfüqar Qafar oğlu ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 01.12.2025
Şabranda qatar evakuatorla toqquşdu: Ağır yaralı var – FOTO
Hazırda oxunan: Şabranda qatar evakuatorla toqquşdu: Ağır yaralı var – FOTO
Hazırda oxunan: Şabranda qatar evakuatorla toqquşdu: Ağır yaralı var – FOTO
583240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































