Bakıda avtomobil piyadanı vurub.
Bizim.Media xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, Zakir Musayev idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Elşən Əskərovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu cinayət işi başlanılıb.
Bizim.Media





































































































