Azərbaycan Ordusunun snayperləri belə təlim keçirlər – FOTO-VİDEO

Azərbaycan Ordusunun snayperləri belə təlim keçirlər – FOTO-VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun snayperləri belə təlim keçirlər – FOTO-VİDEO

58305

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir.

Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər.
Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO