DİN-dən 3 nəfərin öldüyü yol qəzası barədə MƏLUMAT

DİN-dən 3 nəfərin öldüyü yol qəzası barədə MƏLUMAT

Hazırda oxunan: DİN-dən 3 nəfərin öldüyü yol qəzası barədə MƏLUMAT

58301

Daxili İşlər Nazirliyi (DİN) Ağdaşda 3 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi “Daewoo” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi “KamAZ” markalı digər avtomobilə çırpılıb.

Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN BMİ-nin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər.

Xəstəxanaya yerləşdirilmiş digər sərnişini, Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO