Avstraliyanın Flinders Universitetinin alimləri uzunmüddətli araşdırma nəticəsində müəyyən ediblər ki, gündəlik adi çay içmək yaşlı qadınlarda sümük sıxlığını artırır.
Bizim.Media xəbər verir ki, tədqiqatda 65 yaşdan yuxarı 9 704 qadın izlənilib və on il ərzində bud sümüyünün mineral sıxlığı ölçülüb.
Nəticələr göstərib ki, çay içən qadınlarda sümük sıxlığı daha yüksəkdir, kofe həvəskarlarında isə əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Hətta gündə beş fincandan çox kofe içənlərdə sümük sıxlığında azalma müəyyən edilib.
Alimlər bildirirlər ki, sümük sağlamlığını qorumaq üçün çaydan əlavə balanslı qidalanma, kifayət qədər Kalsium və D‑vitamini qəbulu, aktiv həyat tərzi də vacibdir. (saglamolun.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:35 / 29.11.2025
Çay içən qadınların sümüyü MÖHKƏM OLUR
Hazırda oxunan: Çay içən qadınların sümüyü MÖHKƏM OLUR
Hazırda oxunan: Çay içən qadınların sümüyü MÖHKƏM OLUR
582951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































