Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Hazırda oxunan: Ata Abdullayev azadlığa çıxmaq istəyir

582886

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.
 

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.


Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO