Məktəblilərarası Hakaton finalında 67 bölgədən şagirdlər YARIŞIR – FOTO

Məktəblilərarası Hakaton finalında 67 bölgədən şagirdlər YARIŞIR – FOTO

Hazırda oxunan: Məktəblilərarası Hakaton finalında 67 bölgədən şagirdlər YARIŞIR – FOTO

582846

Müsabiqənin münsiflər heyətində böyük şirkətlərin İT mütəxəssisləri iştirak edir. 

Bu sözləri Məktəblilərarası Milli Hakaton final mərhələsində “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin layihələr üzrə direktoru Qəmər Məmmədova Bizim.Media-ya açıqlamasında qeyd edib. 

O bildirib ki, yarışda bütün respublika məktəblərindən, 67 bölgədən şagirdlər iştirak edib.

"İştirakçılar 9, 10, 11-ci siniflərdir. Finalda 3 qalib komanda gözlənilir. Münsiflər heyətində həm bu sahə üzrə mütəxəssislər, həm də bəzi  şirkətlərin İT üzrə mütəxəssisləri olacaq, müəyyən kriteriyalar üzrə komandalara xallar verəcəklər. Əgər komanda üzvlərindən biri zəif olsa belə, qalib olmayacaq. Çünki onlar birlikdə həm dizayn etməli, həm kod yazmalı, həm də təqdimat  etməlidirlər. Buna görə də üzvlər bərabər işləməlidirlər". 

Direktor vurğulayıb ki, müsabiqə zamanı şagirdlərə süni intellektdən və s -dən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb: 

"Süni intellektlə bağlı heç bir məhdudiyyət yoxdur, şagirdlər istifadə edə bilərlər. Çünki verilən tapşırıqlar süni intellektin həll edə biləcəyi tapşırıqlar deyil. Ancaq onlar bundan ideya almaq məqsədilə istifadə edə bilərlər". 
 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 ölkə üzrə minlərlə məktəblini innovasiya və texnologiya ətrafında bir araya gətirib.


Müsabiqənin final mərhələsi 28–30 noyabr tarixlərində davam edəcək. Qaliblərin mükafatlandırılması isə 1 dekabrda keçiriləcək.




Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO