Bu il dönərdən zəhərlənənlərin sayı açıqlandı – RƏSMİ

Bu il dönərdən zəhərlənənlərin sayı açıqlandı – RƏSMİ

Hazırda oxunan: Bu il dönərdən zəhərlənənlərin sayı açıqlandı – RƏSMİ

582832

2025-ci ilin 10 ayı ərzində 384 nəfər zərərçəkənin olduğu 42 təsdiqini tapmış qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Bu barədə AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?


Məlumatda bildirilib ki, qida zəhərlənmələrindən çoxunun (26 hadisə - 171 zərərçəkən) məişət zəmnində baş verdiyi müəyyən edilib.

Zəhərlənmələrə daha çox konservləşdirilmiş məhsulların (8 hadisə) səbəb olduğu aşkar edilib. İctimai iaşə müəssisələrində baş verən zəhərlənmələr (13 hadisə - 198 zərərçəkən) isə daha çox dönər (6 hadisə) və digər qarışıq qidalardan (7 hadisə) olub. Bu dövr ərzində qida zəhərlənməsi hadisəsindən ölüm halı qeydə alınmayıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO