Yevlaxda kasetli bomba partladı, ölən var - VİDEO

Yevlaxda kasetli bomba partladı, ölən var - VİDEO

Hazırda oxunan: Yevlaxda kasetli bomba partladı, ölən var - VİDEO

58280

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub. O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı cinayət işi başlanıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO