Gəncədə baş verən ağır qəzada ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində
VAZ markalı minik avtomobilinin BAKU BAS" MMC -yə məxsus 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.
Nəticədə minik maşınında olan 2006-cı il təvəllüdlü Qurban Cəbrayılov dünyasını dəyişib.
Qəza zamanı minik avtomobilində olan daha iki nəfər, Göygöl rayon sakinləri 2005-ci il təvəllüdlü Əli Abdullayev və 2004-cü il təvəllüdlü Ramin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu































































































