Gəncədə minik avtomobilinin avtobusla toqquşması zamanı xəsarət alan şəxslərin son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşdu: Ölən və xəsarət alanlar var
Bizim.Media-nın yerli bürosuna Gəncə Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 27.11.2025-ci il tarixində saat 16:50 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir”.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu































































































