Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.
Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var:
"İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".
Xatırladaq ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 02.02.2022
Bakıda qadın özünə xəsarət yetirdi – Turistlərə şər atdı
Hazırda oxunan: Bakıda qadın özünə xəsarət yetirdi – Turistlərə şər atdı
Hazırda oxunan: Bakıda qadın özünə xəsarət yetirdi – Turistlərə şər atdı
0:00
0:00
58274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.