Kəlbəcərdə yaşayan əhaliyə tibbi xidmət göstərmək üçün orada yerləşən Müdafiə Nazirliyinin hərbi hospitalı ilə danışıqlar aparılır. Yaxın günlərdə müqavilə bağlanması yekunlaşacaq və mülki əhaliyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə tibbi xidmət göstəriləcək.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qurum rəsmisi bildirib ki, işğaldan azad olunmuş ərazilərin hər birində xəstəxana tikilənədək həmin ərazilərə qonşu rayonlardan tibbi xidmətin göstərilməsi təşkil edilir.
"Xankəndidə, Şuşada xəstəxana fəaliyyət göstərir, Kəlbəcərdə də xəstəxana tikilməsi planlaşdırılır".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:02 / 27.11.2025
Kəlbəcərdə əhaliyə tibbi xidmət üçün hərbi hospitalla müqavilə BAĞLANACAQ
Hazırda oxunan: Kəlbəcərdə əhaliyə tibbi xidmət üçün hərbi hospitalla müqavilə BAĞLANACAQ
Hazırda oxunan: Kəlbəcərdə əhaliyə tibbi xidmət üçün hərbi hospitalla müqavilə BAĞLANACAQ
582715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































