Bakı küləklər şəhəridir. İlin bütün fəsillərində paytaxtımızda küləkli hava müşahidə olunur. Yaz-yay aylarında “gilavar”, payız-qış aylarında isə “xəzri” demək olar ki, hər gün qapımızı döyüb. Bir sözlə hər 3 gündən ikisi küləkli keçir. Bakının spesifik küləyinə çox sayda şeirlər yazılıb, mahnılar bəzlənib. Amma son günlər Bakıda külək sanki yoxa çıxıb.
Bəs bu nəylə bağlıdır?
Ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, betonlaşma ilə əlaqədar Bakıda gündüzlər külək yoxa çıxıb:
“Amma şəhər ətrafına çıxanda hər zaman külək var. Hətta bu ilin isti yay günlərində çimərliklərdə küləksiz günlər heç olmadı. Külək Abşeron yarımadasında hər zaman var. Ona görə də Abşeron yarımadasında və ona yaxın ərazilərdə külək stansiyaları qurulur.
Şəhərin içərisində küləyi hiss etməməyimizin səbəbi yeni inşa edilən hündür binalardır. Əvvəllər Bakıda bu qədər hündür bina yox idi. Ona görə də hər məhəllədə külək hiss olunurdu. Amma aparılan tikinti işləri-betonlaşma külək dövriyyəsinin qarşısını alır.
Son illərdə salınan yaşıllıqlar da küləyin sürətini azaldıb. Doğrudur, noyabr ayında küləyi çox az hiss eləmişik. Mövsümə uyğun olaraq noyabr-dekabr aylarında fırtına yarada biləcək küləklər çox olurdu. Hələliksə bunu görmürük. Amma külək dayanmayıb, sürəti azalsa da, var”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 28.11.2025
Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?
Hazırda oxunan: Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?
Hazırda oxunan: Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?
582712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































