Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI

Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI

Hazırda oxunan: Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI

582690

Dərman təminatı ilə bağlı yeniliklərdən biri “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və bu siyahının ilkin mərhələsi hazırlanır.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində təşkil olunmuş mediaturda deyib.

O, bildirib ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri İTS-nın əsmi saytında dərc olunacaq:

"İlk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini salmaq üçün dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur.
 

Eyni zamanda, dərmanların siyahıya daxil edilməsi üçün lazım olan meyarlar da təsdiqlənib. Bunun üçün dərman dövlət reyestrində qeydiyyatdan keçmiş olmalıdır, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməlidir, qiyməti dövlət tərəfindən tənzimlənmiş olmalıdır və ən önəmlisi sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır.


Dərmanların təyinatı üçün əsas mexanizm olaraq elektron resept sistemi müəyyən edilib. Elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər artıq aparılır.

Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə
veriləcək. Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO