Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, 76 m hündürlüyündə, 1186 metr uzunluğunda olan asma körpüsündə tikinti işləri 50%-dək icra olunub.
Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, körpüdə tikinti işləri tam olaraq 2026-cı ilin sonunadək yekunlaşdırılacaq.
Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:30 / 27.11.2025
Azərbaycanın ən hündür asma körpüsündə işlər bu tarxidə SONA ÇATACAQ
Hazırda oxunan: Azərbaycanın ən hündür asma körpüsündə işlər bu tarxidə SONA ÇATACAQ
Hazırda oxunan: Azərbaycanın ən hündür asma körpüsündə işlər bu tarxidə SONA ÇATACAQ
582679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































