Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.
Oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.
Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 27.11.2025
Abşeronda marketlərdən oğurluq edən şəxs SAXLANILDI – FOTO
Hazırda oxunan: Abşeronda marketlərdən oğurluq edən şəxs SAXLANILDI – FOTO
Hazırda oxunan: Abşeronda marketlərdən oğurluq edən şəxs SAXLANILDI – FOTO
582677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































