63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.
Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”, - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:53 / 27.11.2025
Nazirlikdən qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: Nazirlikdən qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: Nazirlikdən qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı MÜRACİƏT
582672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































