Paytaxtın Yasamal rayonunda evdən oğurluq edilib.
Bizim.Media xəbər verir ki, vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:54 / 27.11.2025
Bakıda xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı
Hazırda oxunan: Bakıda xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı
Hazırda oxunan: Bakıda xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı
582661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































