Məhkəmə Şamil Sabiroğlu ilə bağlı qərarı açıqladı

Məhkəmə Şamil Sabiroğlu ilə bağlı qərarı açıqladı

Hazırda oxunan: Məhkəmə Şamil Sabiroğlu ilə bağlı qərarı açıqladı

582606

Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil Ələkbərlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, iş üz üzrə 4 zərərçəkmiş şəxs qismində tanınıb.

Ümumi dəymiş ziyan isə 11 min 900 manatdır. Məhkəmə istintaqı dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib.
 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.2 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Şamil Ələkbərli (Şamil Sabiroğlu) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri və Birinci Qarabağ müharibəsi veteranı, jurnalistdir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO