Gəncədə 22 yaşlı gənc naməlum şəraitdə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
2003-cü il təvəllüdlü Ülvü Məmmədov bud və qulaq nahiyyələrinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































