Ümumi təhsil müəssisələrində valideyn məmnuniyyəti sorğusu keçirilir.
Bizim.Media xəbər verir ki, valideynlərə onlayn formada sorğuda iştirak üçün anket ünvanlanıb.
Sorğu valideynlərin ümumi təhsil müəssisəsindən məmnunluğunun səviyyəsini qiymətləndirmək məqsədilə hazırlanıb. Sorğuda valideynlərin cavabları anonim saxlanılıb və yalnız təhlil məqsədilə istifadə olunacaq.
Sorğuda valideynlərə məktəbin rəhbərliyi, məktəb binası, məktəbdəki avadanlıq, uşaqların bilik səviyyəsinin inkişafı, müəllimlərin şagirdlərə dəstəyi, valideyn-məktəb əlaqəsi ilə bağlı ümumilikdə 20 sual verilir.
Valideynlər suallara bəli, xeyr, razıyam, razı deyiləm və bu kimi hazır variantlar olmaqla cavab verərək münasibət bildirirlər.
Günay Şahmar, Bizim.Media































































































