Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Hazırda oxunan: Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

582532

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 

Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.


İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir.

Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.
 

Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və yaxud sifarişli poçtla göndərilir.


Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv elir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO