Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ – Elektrik tarifləri ARTACAQ?

Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ – Elektrik tarifləri ARTACAQ?

Hazırda oxunan: Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ – Elektrik tarifləri ARTACAQ?

582529

2035‑ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edilməsi planlaşdırılır.
 

Bu, texniki cəhətdən əlçatan olsa da, sosial-iqtisadi cəhətdən mürəkkəb  görünür. Yəni, gələcəkdə qaz olmayan, alternativ enerji ilə işləyən binalara tələbat sual altına düşür.


Əmlak üzrə Ekspert Məmməd Qafarov məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, hazırda yeni tikililərdə qaz xətləri çəkilməmiş binalara tələbat digər binalarla müqayisədə daha azdır.

“Binada təbii qazın olması sakinlər üçün hazırki məqamda komfort deməkdir. Hətta müraciət zamanı ilk verdikləri sual binada qazın olub-olmamasıdır.
 

Elektriklə tam təchiz olunmuş binalarda qazsızma riski, partlayış potensialı olmasa da, baş vermiş hadisələr göstərir ki, kənar müdaxilələr zamanı hər hansı bədbəxt hadisə qaz olmadan da yaşana bilər. Təhlükə həmişə qaçılmazdır.


Elektrik sistemləri bu riskləri müəyyən dərəcədə aradan qaldıracaq. Amma elektriklə işləyən sistemlərə keçid elektrik şəbəkələrində əlavə yük yarada bilər”.

Ekspert bildirir ki, dünyada artıq yeni binalara qaz xətti çəkilmir, alternativ enerji sistemlərindən, istilik nasoslarından istifadə edirlər.
 

Elektrikləşmə və istilik nasoslarına keçilmə qlobal karbon qazının azaldılması strategiyasının bir hissəsidir. Azərbaycanda da yeni tikiləcək binalarda qaz çəkilişinin tamamilə dayandırılması ehtimalı müzakirə olunur.


Mütəxəssis həmçinin diqqətə çatdırdı ki, elektrik sisteminin gələcəkdə normadan artıq yüklənməsinin qarşısını almaq üçün modernləşdirmə lazım gələcək. Yeni elektrik tələbi tariflərin artmasına səbəb ola bilər.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO