Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

582525

Son günlər paytaxt və digər ərazilərdə ard-arda baş verən partlayış və yanğınlar, eləcə də bu hadisədən zərər çəkənlər üzücü olmaqla yanaşı, həm də sonrakı fəsadları ilə də insanları narahat etməkdədir.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamaldakı yanğından ANBAAN VİDEO


Hər yeni yanğın və ya partlayış hadisəsi ilə havada toz, kimyəvi elemetlər və digər zərərli hissəciklərin miqdarı artır, bu isə xüsusilə uşaqlar və həssas qruplar üçün ciddi sağlamlıq riskləri yaradır.

Pulmonoloq Elşad Məmmədovun Bizim.Media-ya açıqlamasına görə, partlayış və yanğın zamanı yaranan xırda hissəciklər havada bir neçə gün, bəzən həftələrlə qalaraq nəfəs yollarına çatır.
 

“Xırda hissəciklər ağciyərlərin dərin qatına nüfuz edə bilər. Bu öskürək, nəfəs darlığı, allergik reaksiyalara səbəb olur. Uşaqlar, astma və ürək xəstələri kimi həssas qruplar, allergik rinit, sinuzitdən, eləcə də digər tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər bu ərazilərdə hadisədən sonrakı günlərdə mümkün qədər az vaxt keçirməlidirlər”.


Mütəxəssis narahatlığı olan insanlara ilk növbədə həkimə müraciət etməyi məsləhət görür.

Hər ehtimala qarşı küçəyə çıxarkən maska taxmaq tövsiyə olunandır. Evdə isə havatəmizləyici cihazlar uşaqlar və həssas qruplar üçün təhlükəni azaltmağa kömək edə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO