Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Hazırda oxunan: Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

582524

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilməsi məsələsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Qeyd edilib ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir.
 

"Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir.


Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir.

Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir.
 

Qeyd edək ki, bu məsələ, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir", - cavabda vurğulanıb.


Qeyd edilib ki, sosial şəbəkələrdə azad edilmiş ərazilərə köçən məcburi köçkünlər onlara 3 il müddətinə ikiqat çörəkpulu verilməsi ilə bağlı məlumat paylaşıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO