Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

582511

Pirallahı Rayon İcra Hakimiyyətinin başçı Vasif İmanovun qurumun apartında çalışan işçiləri tarix, informatika, məntiq fənlərindən imtahan etdiyi ilə bağlı iddialar yayılıb.

Üstəlik, icra başçısının zəif nəticə göstərən əməkdaşları işdən azad etdiyi bildirilib.

Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:

“Aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması,idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir.

Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir.

Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir. İşçilərin işdən çıxarılması məsələsi gündəmdə deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO