“Bu qışın ortasında burada insan yaşamaz”.
Mingəçevir şəhərindəki İnterasiya Təlimli internat tipli Gimnaziyaya məxsus yataqxanada məskunlaşan məcburi kökçünlər deyir bu sözləri.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu yaşayış yerində 1992-ci ildən Ağdam, Kəlbəcər, Laçından qaçqın düşmüş ailələr məskunlaşıb.
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkün olmayanlar daimi yaşamaq üçün Qarabağa getmək istəyirmi? – SORĞUNUN nəticələri
İnterasiya Təlimli internat tipli Gimnaziyaya məxsus tikilidə düz 30 ildir ki, tələbə qarışıq 59 nəfərdən ibarət 18 qaçqın ailəsi də həyat sürüb. Əgər buna həyat demək olarsa…
Qışın soyuq çağında buradakı əhali kənddən-kəsəkdən odun almağa məcburdur. Binanın düz-əməlli nə isitmə sitemi, nə qazı, nə də ki, işıq təchizatı var. Suyu da elə handan-hana olar, ya olmaz.
Sonradan ailələrin bir qismi yeni inşa olunan köçkün şəhərciklərinə köçürülsə də hələ bir neçə ailə bu ünvanda yaşamaq məcburiyyətindədi. Burda yaşayan ailələr iki blokdan birinə köçürülüb binanın isə bir hissəsi əsaslı təmir olunaraq qimnaziya kimi fəaliyyət göstərir.
Sakinlər yaşadıqları vəziyyətlə baglı Mingəçevir şəhər İcra Hakimiyyətinə şikayət etsələr də cavab həmişə eynidir. Bina bizim balansımızda deyil. Onu Təhsil nazirliyi təmir edə bilər. Məskunlaşma ilə bağlı məsələləri isə “Qaçqınkom” həll edir. Bizə müraciət etməyin.
Hazırda bu binada yaşayan məcburi kökçünlərin yalnız bir ümidi var. Azad olunan torpaqlarımızda abadlıq işləri tez getsin və onlar da dədə-baba yurdlarına qayıtsınlar.
Belə çıxır ki, ona qədər burada yaşayan insanlar yaşamaqdan hələ bir müddət də fasilə götürməlidirlər. Ən azı yerlərdəki məmur laqeyidliyi bunu deməyə əsas verir.
Daha ətraflı hazırladığımız videoreportajdan tanış ola bilərsiniz:
Ehtiram Muradov, Bizim.Media