Milli Qəhrəman Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

Milli Qəhrəman Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

Hazırda oxunan: Milli Qəhrəman Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

582495

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Bizim.Media xəbər verir ki, Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.

Məktubda deyilir:

“Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, can sağlığı arzu edirik”.
 

Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.


Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO