Son günlər bu və digər səbəbdən bir neçə çoxmərtəbəli binada yanğın hadisələri baş verib.
Yanğın hadisələrində bir neçə nəfər həyatını itirib, çox sayda şəxsin isə sağlamlığına ciddi zərər dəyib.
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğına görə vəzifəli şəxs HƏBS EDİLDİ
Bəs bu insanlar sığorta ödənişi ala biləcəklərmi?
Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, əgər yanğın baş vermiş obyektlərin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü varsa, bu zaman insan sağlamlığına dəymiş zərər də qarşılanır:
“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növündə ümumi təminat 100 mindir. Bunun da 50 mini əmlaka, 50 min manatı isə insan sağlamlığına verilən təminatdır. Yanğın baş vermiş obyektlərin sığortası olması dəqiqləşdirdikdən sonra sığorta hadisəsi təsdiqlənəcək.
Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta vəsaiti ödənilir”.
Surxay Atakişiyev, Bizim.Media

































































































