“Quran alman maşınında çap edilir. Kağız Çindən, Rusiyada və ya Avropadan gətirilir. Çap olunduqdan sonra müqəddəsmi hesab edilir? Mahiyyəti önəmlidir.”
Bizim.Media xəbər verir ki, bu sözləri dinşünas, ilahiyyatçı Elşad Miri deyib.
O, Quranın ən çox çap olunduğu mətbəəyə getdiyini bildirərək, istifadə olunan kağızın, mürəkkəbin müqəddəsliklə əlaqəsinin olmadığını qeyd edib.
İlahiyyatçı Quranın müqəddəsliyinin kitabın mahiyyətində olduğunu bildirib:
“Quran bizdən nə istəyir? Allah bizdən namaz qılmağımızı istəyərkən sadəcə əylib-qalxmağımı istəyir? Oruc tutarkən sadəcə ac qalıb pəhriz saxlamağımızı istəyir? Xeyr. Ayədə də deyir.
Bunu edərkən daha məsuliyyətli olmağımızı istəyir. Namaz pozğunluqdan, əxlaqsızlıqdan uzaqlaşdırar. Qıldığım namaz bunlardan uzaqlaşdırmırsa, mənim etdiyimin robot kimi əyilib-qalxmaqdan başqa hansısa mahiyyəti olmur.
Bu gün Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin turist kimi getməkdən hansısa fərqi olmur”. (Pravda.az)
Bizim.Media































































































