Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Hazırda oxunan: Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

582453

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.

Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.
 

Məlumata görə, söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.


Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub.

Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.

Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO