“Bağışla, qoruya bilmədim səni...” - Foto

“Bağışla, qoruya bilmədim səni...” - Foto

Hazırda oxunan: “Bağışla, qoruya bilmədim səni...” - Foto

582439

Bir neçə gün öncə Yasamal rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı övladını itirən vəkil Əli Qəmbərov onunla bağlı paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamaldakı yanğında 20 nəfər zəhərlənib, 3 nəfər ölüb


Bizim.Media xəbər verir ki, “İnstagram” hesabında etdiyi paylaşımda üzüntüsünü ifadə edib:

“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəm. Bağışla, qoruya bilmədim səni… Nur içində yat, Arzum”.

O, paylaşımı “qanın yerdə qalmayacaq” həştəqi ilə edib.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın üç nəfərin ölümü ilə nəticələnib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO