Keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döydü

Keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döydü

Hazırda oxunan: Keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döydü

582438

Bakıda yaşayan keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
 

Rayon ərazisində yaşayan, əslən Xocalı şəhərindən olan 1985-ci il təvəllüdlü Şahmurad Məmmədov (ad və soyad şərtidir) həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Onların birgə nikahdan iki övladları olub.


Şahmurad və yeni həyat yoldaşına keçmiş məcburi köçkün kimi aylıq 60 manat çörəkpulu verilsə də, qadın çörəkpulu kartını öz anasına verib. Şahmurad bu barədə dəfələrlə həyat yoldaşına irad bildirsə də, o, kartı anasından geri almayıb.

Bir neçə gün əvvəl Şahmuradın övladı xəstələnir və ona pul lazım olur. O, bu məqsədlə həyat yoldaşından xahiş edib ki, çörəkpulu kartını anasından alıb, ona versin.
 

Qadın isə bu hadisədən əsəbiləşərək Şahmuradı təhqir edib. Nəticədə evdə dava düşüb və Şahmurad həyat yoldaşını döyüb. Hadisə yerinə polis əməkdaşları gəliblər, Şahmurad saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə ər-arvad barışıblar.

Məhkəmə barışığı nəzərə alaraq Ş.Məmmədovu məsuliyyətdən azad edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO