Oğuzda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Dəymədağlı kənd sakini 34 yaşlı Sakit Əzimov hadisə yerində ölüb.
MÖVZU İLƏ BAĞLI:
Oğuzda ölümlə nəticələnən yol qəzası BAŞ VERDİ
Qəza nəticəsində digər Dəymədağlı kənd sakini 36 yaşlı Səxavət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə olan Sincan kənd sakini 34 yaşlı Röyal Qarayev isə yüngül xəsarət alıb. Ona yerində tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































