Kürdəmirdə canavarlar növbəti dəfə qoyunçuluq təsərrüfatına hücum ediblər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.
Belə ki, yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.
Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb və onlar sürü şəklində hərəkət edirlər.
Bu dəfəki hücumda ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki analoji hadisə 2 gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Oda canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanın tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.



Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 25.11.2025
Kürdəmirdə canavarlar qoyun sürüsünə hücum etdi - FOTO
Hazırda oxunan: Kürdəmirdə canavarlar qoyun sürüsünə hücum etdi - FOTO
Hazırda oxunan: Kürdəmirdə canavarlar qoyun sürüsünə hücum etdi - FOTO
582310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































