Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib.
O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb. M.Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işləri uğurla davam etdirilir.
Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına geri dönməsinə xidmət edir.
Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu deyərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:51 / 25.11.2025
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
582307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































