Masallı və Cəlilabadda 3200 abonentin qazı kəsiləcək

Masallı və Cəlilabadda 3200 abonentin qazı kəsiləcək

Hazırda oxunan: Masallı və Cəlilabadda 3200 abonentin qazı kəsiləcək

582293

Sabah Masallı rayonunun bir sıra kəndləri və Cəlilabad şəhərinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, Masallı rayonunun Əhmədli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsi üçün çəkilmiş yeni qaz xəttinin mövcud polietilen xəttə birləşdirilməsi üçün 26 noyabr 2025-ci il tarixdə, saat 10:00-dan işlər başa çatanadək Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığıncaq kəndləri üzrə, ümumilikdə, 1 800 abonentin qaz təchizatı dayandırılacaq.

Həmçinin Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır. Bununla əlaqədar şəhərin H.Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi, Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, 8 Mart, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V.Niftullayev, Dədə Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri də daxil olmaqla ümumilikdə 3 200 abonentin qaz təchizatı həmin gün saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO