“Hər üç dəqiqədə ən azı bir qadın öldürülür” – Komitə sədri

“Hər üç dəqiqədə ən azı bir qadın öldürülür” – Komitə sədri

Hazırda oxunan: “Hər üç dəqiqədə ən azı bir qadın öldürülür” – Komitə sədri

582283

“Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bununla bağlı bir neçə konvensiyaya qoşulsa da, problemin qarşısının alınması ilə bağlı işlər görülsə də, yetərli deyill:

“Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var. Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Qeyd etmək lazımdır ki, zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO