Naxçıvanda islahatlar BAŞLADI – FOTO

Naxçıvanda islahatlar BAŞLADI – FOTO

Hazırda oxunan: Naxçıvanda islahatlar BAŞLADI – FOTO

582279

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Perinatal (Doğum) Mərkəzinin direktoru Günel Abdiyeva işdə yol verdiyi ciddi nöqsanlar və vətəndaşların çoxsaylı şikayətləri səbəbindən işdən azad edilib. Bu, Naxçıvanda yeni kadr və struktur islahatlarının başladığını deməyə əsas verir.

Bizim.Media xəbər verir ki, illərdir sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yaxın kadrlarının “at oynatdığı” Perinetal Mərkəz bazar qayda-qanunları ilə idarə edilməsi, əhaliyə minimal səviyyədə xidməti ilə yadda qalıb.

“Media25”-in əldə etdiyi məlumata görə, təkcə son 3 ildə Naxçıvandan kənara - xüsusən Bakı və Türkiyə xəstəxanalarına doğuş üçün üz tutan anaların sayında 3 dəfədən çox artım var. Bu fakt özlüyündə Fuad Nəcəflinin vəzifəyə gətirdiyi, heç kimin “gözün üstə qaşın var” deyə bilmədiyi “ən yaxın adamı” Günel Abdiyevanın yarıtmaz və rüşvətə bulaşmış işinin nəticəsidir.

Naxçıvandan gələn digər bir xəbər isə son illər yeni açılan onlarla “pub” və gecə klublarında təlqin edilən yüngül həyat tərzi və zərərli mühitə müdaxilə edilməsidir. Son vaxtlar yüngül həyat tərzi ilə seçilən qadınların bu məkanlara doldurulması daim milli dəyərləri, adət-ənənələri qoruyan Naxçıvan əhalisində ciddi narahatlıq və etiraz yaratmışdı. Minlələrlə sakin özünün sosial şəbəkə hesabında bu məkanlarla bağlı paylaşımlar edərək gənc nəslə pis nümunə olan, narkomanlıq və digər pis vərdişlərin ilkin mənbəyi olan bu obyektlərə “çəki-düzən” veriməsini tələb etmişdi. Əldə etdiyimiz məlumata görə, Naxçıvana yeni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilov artıq bu məsələni şəxsi nəzarətinə götürüb. Qanunvericilik çərçivəsində tədbirlərin görülməsi, milli dəyər və ənənlərin qorunması barədə aid orqanlara konkret tapşırıqlar verilib və lazımi tədbirlər davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO