Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasında ümumvətəndaş, diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişləri təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş, Anqola, Cibuti, Surinam Respublikaları Hökumətləri arasında diplomatik və xidməti, Bəhreyn Krallığı Hökuməti arasında diplomatik, Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi, Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 25.11.2025
Azərbaycan 7 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR
Hazırda oxunan: Azərbaycan 7 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR
Hazırda oxunan: Azərbaycan 7 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR
582272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































