3500 gün həbs: Azərbaycanlı alim edam edilə bilər

3500 gün həbs: Azərbaycanlı alim edam edilə bilər

Hazırda oxunan: 3500 gün həbs: Azərbaycanlı alim edam edilə bilər

582262

Azərbaycandan olan iranlı–isveçli alim Əhmədrza Cəlalinin həbsinin bu gün 3500 günü tamam olub. Onun həyat yoldaşı Vida Mehrannia bildirib ki, Cəlali demək olar ki, 10 ilə yaxındır uzunmüddətli təkadamlıqda saxlanılır, müalicədən məhrum edilib və üzərində edam hökmü icrası təhlükəsi var.

Bizim.Media xəbər verir ki, Mehrannia bu barədə sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Cəlali tamamilə günahsızdır və “işində heç bir hüquqi mürəkkəblik yoxdur”. O xəbərdarlıq edib ki, alim və ata olan Cəlalinin həyatı ciddi təhlükə altındadır və onun xilas yolu yalnız beynəlxalq ictimaiyyətin təcili müdaxiləsindən keçir.

O, həyat yoldaşının dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edərək davam edən həbsini “uzunmüddətli ədalətsizlik” adlandırıb. (Mənbə: tebrizturan.tv)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO