Qızıl alverçisini aldadan şəxsə cəza verildi - 128 minlik dələduzluq

Qızıl alverçisini aldadan şəxsə cəza verildi - 128 minlik dələduzluq

Hazırda oxunan: Qızıl alverçisini aldadan şəxsə cəza verildi - 128 minlik dələduzluq

582249

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Murad Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Murad Fərəcov 2024-cü ilin iyun ayının sonlarında Bərdə şəhərində yaşayan tanışı, zərərçəkmiş Xuraman Bəşirova (soyadı şərtidir) ilə görüşərək, sonuncunun uzun müddətdir qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmasını və külli miqdarda qızıl-zinət əşyalarına sahib olduğunu bildiyindən, özünü çoxlu sayda qızıl alıcısı olan müştərilərə sahib şəxs kimi təqdim edib.


Təqsirləndirilən şəxs zərərçəkmişə həmin qızıl-zinət əşyalarını guya müştərilərinə nisyə satacağı, əşyaların dəyərindən ən azı 5% artıq qiymətə satılaraq əldə olunacaq gəlirin yarı bölünəcəyi, həm gəlirin, həm də əşyaların dəyəri məbləğində pulun qısa müddətdə geri qaytarılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verərək onun etibarını qazanıb.

Əslində isə o, Xuramana məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə, həmin etibardan sui-istifadə edərək 30 iyun 2024-cü il tarixindən başlayaraq 2024-cü ilin noyabr ayının 5-dək olan dövrdə müxtəlif tarixlərdə zərərçəkmiş şəxsdən çoxsaylı və yüksək dəyərli qızıl-zinət əşyaları qəbul edib, onları dəyərindən aşağı qiymətə satıb, bir qismini girov qoyaraq pul əldə edib və həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Bu müddətdə Murad zərərçəkmişdən ümumilikdə 128 544 manat məbləğində qızılları dələduzluq yolu ilə ələ keçirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO