Keçmiş hərbçinin meyiti zibillikdə tapıldı - 3 gün əvvəl itkin düşmüşdü

Keçmiş hərbçinin meyiti zibillikdə tapıldı - 3 gün əvvəl itkin düşmüşdü

Hazırda oxunan: Keçmiş hərbçinin meyiti zibillikdə tapıldı - 3 gün əvvəl itkin düşmüşdü

582228

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.

Bizim.Media Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı.

Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi.

Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO