24 yaşlı idmançını öldürən dostuna 17 il HƏBS VERDİLDİ - FOTO

24 yaşlı idmançını öldürən dostuna 17 il HƏBS VERDİLDİ - FOTO

Hazırda oxunan: 24 yaşlı idmançını öldürən dostuna 17 il HƏBS VERDİLDİ - FOTO

582217

Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yetirən Ruslan Məmizadənin məhkəməsi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü R.Məmizadəyə hökm oxunub.

Bildirilib ki, hadisə ötən il oktyabrın 17-si axşam saat 10 radələrində şahmat məktəbinin qarşısında baş verib.
 

Ruslan Elnurla dostluq edirmiş. Amma sonradan Elnurun onun ailə üzvlərindən birinə mesajlar yazaraq narahat etdiyini düşünüb. Bundan sonra o, Elnurla danışaraq görüş təyin edib. Küçədəki görüş zamanı isə qəfil hücum edərək, çoxsaylı bıçaq xəsarətləri yetirib. Nişanlı olan Elnur aldığı xəsarətlərdən ölüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO