Naftalan sanatoriyadan 66 yaşlı kişinin meyiti aşkarlanıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Zaqatala rayon sakini 1959-cu il təvəllüdlü İ.Murtuzov olduğu məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
































































































