Milli Qəhrəman Çingiz Qurbanovun doğum günündə xatirəsi yad edildi - FOTO

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günündə xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Milli Qəhrəman Çingiz Qurbanovun doğum günündə xatirəsi yad edildi - FOTO

582181

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür.

Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu münasibətlə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul şəxsləri, bir sıra müəssisə rəhbərləri və şəhidin ailə üzvləri Qusar Şəhidlər Xiyabanında Çingiz Qurbanovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbəri Sahir Məmmədxanov şəhidin ailəsinə başsağlığı verib.
 

Qeyd edək ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Həmin il, dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub.


Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bundan əlavə şəhidin adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO