Zaqatalada yaşayış binasında yanğın olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada baş verib.
Yanğınsöndürənlərin səyi nəticəsindəbinanın tam yanmasının qarşısı dərhal alınıb. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı bina sakini Xuraman Qocayevaya məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı evin mətbəxtinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.
Xuraman Qocayevanın verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi də naməlum səbəbdən yanıb.
Yanğın baş verən binada 4 otaqlı evi yeni alıblar və evə 10 gün əvvəl köçüblər. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


































































































