Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.
Bizim.Media "oxu.az" istinadən xəbər verir ki, bu barədə "Yeni Klinika"dan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Yasamaldakı yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir
Məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalmaqda davam edir.
"Pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 21-dən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Bizim.Media
































































































