“Ötən gün Masazırda axşam saatlarında yayılan kəskin qaz qoxusu hər hansı sızma və ya təbii qaza vurulmuş qatqılar səbəbindən deyil”.
Bu barədə Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məlumat verdi. Onun sözlərinə görə, hansısa ərazidən və ya hansısa istiqamətdən qaz boru xəttlərinə kanalizasiya suları axıdılır.
MÖVZU İLƏ BAĞLI:
Nərimanovdakı partlayışın baş vermə səbəbi ilə bağlı “Azəriqaz” dan AÇIQLAMA
“Digər anoloji qoxulara bənzəmədiyinə görə, bu qrunt suları qaz qoxusu kimi qiymətləndirilib. Yəni həqiqətən də çox bənzəyir.
Camaat da təbii ki, bundan təşvişə düşmüşdü. Şikayətlər əsasında hazırda əməkdaşlarımız ərazidəki xətləri yoxlayıblar. Hər hansı qazsızması aşkar olunmayıb. Təhlükə aşkar olunmadığına görə, əraziyə qazın verilişi davam etdirilir. Vətəndaşlar narahat olmasınlar”.
Şəfiqə Şəfa, Bizim.Media































































































